Zurabişvili: Aİ-nin bu addımı hökumətin anti-Avropa siyasətinə cavabdır

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesinin və 30 milyon avroluq maliyyə yardımının dayandırılmasını şərh edib.

Sabahinfo.az xəbər verir ki, Prezident qeyd edib ki, Aİ-nın atdığı addım hökumətin anti-Avropa və anti-Qərb ritorikasına və hərəkətlərinə, hakim partiyanın yarıtmaz və düşmənçilik siyasətinə cavabdır.

Qeyd edək ki, Aİ Gürcüstanın ittifaqa inteqrasiya prosesini və Müdafiə Nazirliyinə 30 milyon avro ayrılmasını dayandırıb.