Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə keçirilən "Türkiyə - tək ürək" xeyriyyə kampaniyası başa çatıb.
Sabahinfo.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Türkiyə və dünyanın 213 televiziya kanalı və 562 radiosunda yayımlanan kampaniyada 115,1 milyard lirəlik ianə toplanıb.
Məlumata görə, 9 milyondan çox SMS göndərilib.
Qeyd edək ki, kampaniyada AzTV də iştirak edib.
***
Zəlzələdən zərərçəkənlərə yardım məqsədilə keçirilən "Türkiyə tək ürək" kampaniyası davam edir.
Sabahinfo.az Türkiyənin ATV kanalına istinadən xəbər verir ki, bu saata 114 milyard 717 milyon 214 TL ianə toplanıb.
7 milyondan çox MS gəlib.
***
02:05
"Türkiyə tək ürək" kampaniyası çərçivəsində zəlzələdən zərərçəkənlərə yardım məqsədilə 114 milyard 609 milyon 214 min TL ianə toplanıb.
Sabahinfo.az bu barədə Türkiyənin ATV kanalına istinadən xəbər verir. Qeyd olunub ki, 7 milyon 462 min SMS göndərilib.
Onu da qeyd edək ki, yardım edənlər içərisində milyard TL ianə verənlər də var.
***
01:09
"Türkiyə -tək ürək" yardım kampaniyası davam edir.
Sabahinfo.az Türkiyənin ATV kanalına istinadən xəbər verir ki, bu saata 108 milyard 663 milyon 563 min TL ianə toplanıb.
Məlumatına görə, 6 milyon 862 min ədəd SMS göndərilib.
***
00:24
“Türkiyə, tək ürək” yardım kampaniyası çərçivəsində 101 milyard lirədən çox ianə toplanıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Kampaniyaya dünyanın müxtəlif ölkələrindən iş adamları, mədəniyyət xadimləri, siyasətçilər, QHT rəsmiləri və sadə vətəndaşlar qatılıb.
Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), "Ziraat Bank" (20 milyard lirə) və "VakıfBank" (12 milyard lirə) edib.
Qeyd edək ki, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçiriblər.