2023-də "Kızılelma" səmalarda olacaq

"Kızılelma" ilk uçuşunu 2023-cü ildə reallaşdıracaq. SABAHİNFO.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Türkiyenin "Baykar" şirkəti tərəfindən istehsal edilən ilk pilotsuz döyüş təyyarəsi olan "Kızılelma" şirkətin idarə heyətinin sədri Selçuk Bayraktar tərəfindən həyata keçirilən ilk sınağını uğurla başa çatıb. "Kızılelma" beş saat havada qala və 35.000 fut (10 min metr) yüksəkliyə çata bilir.