7 mart 2024-cü il, Bakı – Bu ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 471 mindən çox sərnişinə xidmət göstərərək sərnişin axınını artırmaqda davam edir. Bu, 312 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,7 % çoxdur.
Fevral ayında 13-i aşağı büdcəli (loukoster) olmaqla, 33 aviaşirkət 3853 reys həyata keçirib. Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 50,5% xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb.
Xarici aviaşirkətlər 215 mindən çox, “Azərbaycan Hava Yolları” isə 211 min sərnişinə xidmət göstərib. Naxçıvan istiqamətində 44 mindən çox sərnişin daşınıb. Bununlayanaşı, tranzit sərnişinlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 106% artaraq 25 min nəfər təşkiln edib.
Cari ilin fevral ayında Bakı hava limanından ən populyar beynəlxalq istiqamətlər İstanbul, Əbu-Dabi, Tbilisi, Dubay və Moskva şəhərləri olub ki, burada 228 mindən çox sərnişinə xidmət göstərilib. Heydər Əliyev Beynəlxalq Aeroportu xidmətlərini təkmilləşdirməkdə və sərnişinlərin tələbatını ödəməkdə davam edir.