Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Sabahinfo.az bu barədə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, avqustun 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 1 pulemyot, 21 tüfəng, 2 patron darağı və 38 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.