Bakı şəhəri 295 nömrəli tam orta məktəbin 11- ci sinif şagirdi Seyidova Tovuz Natiq qızı 02. 03.2025 ci il tarixində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Buraxılış imtahanında Azərbaycan dili 100 bal, Riyaziyyat 100 bal, İngilis dili 100 bal olmaqla ümumilikdə ən yüksək nəticə əldə edərək 300 bal toplayıb.
Qeyd edək ki, 295 nömrəli tam orta məktəb Bakının Nardaran qəsəbəsində yerləşir və məktəbin direktoru V çagırış millət vəkili olmuş Dilarə xanım Cəbrayılovadır. O, Nardaran kəndində qızların təhsilə cəlb olunması üçün bir çox məqsədyönlü işlər aparıb. Nəticə isə göz qabagındadır. Belə ki, keçən 2023- 2024 cü tədris ilini məktəb məzunlarından biri məktəbi gümüş medalla bitirmiş , 2024- 2025 ci tədris ili buraxılış imtahanında bir şagird isə Respublika üzrə 23 şagirddən biri olmuş maksimal 300 balı toplamışdır.Təhsilimiz adına bütün müəllimləri və şagirdləri alqışlayır, daha böyük nailiyyətlər və ugurlar arzulayırıq.
Ədil Ədilzadə
Sabahinfo.az
