31 il uğurlu yol keçmiş İNTER-SEVER

İNTER-SEVER Şirkətlər Qrupu 31 yaşını qeyd edir. Bir qərinəyə yaxın ömür sürmüş, dünyanın bir çox ölkələrində öfislərini açmış, müxtəlif dövlətlərə maliyyə sərmayələri qoyumuş və iqtisadi yatırımlar etmiş İNTER-SEVER Şirkətlər Qrupu 1990-cı il 13 iyun tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaradılmışdır. Şirkətin yarandığı illərin çətin iqtisadi və siyasi dövr, təlatümlü illər olduğu məlumdur. Buna baxmayaraq uğurlu yol keçmiş İNTER-SEVER Şirkətlər Qrupu bu gün artıq beynəlxalq aləmdə tanınır və dünyanın aparıcı şirkətlər qruplarından biridir. Biznes mühitində özünə nüfuz qazanmış İNTER-SEVER Şirkətlər Qrupu bu gün iqtisadiyyatın müxtəlif sahələrində biznes layihələrinin həyata keçirilməsində və idarə edilməsində əhəmiyyətli rol oynayır və əsaslı paya malikdir. İNTER-SEVER Şirkətlər Qrupu bu günə qədər həmçinin dünyanın bir çox ölkələrində müxtəlif sahələrə dair sosial iqtisadi layihələrin təşəbbüskarı və təşkilatçısı olmuşdur. İNTER-SEVER Şirkətlər Qrupunun nəzdində yaradılmış mədəniyyət fondları vasitəsi ilə diaspora, mədəniyyət, ekologiya, idman, təhsil, səhiyyə və digər sahələrdə xeyriyyəçilik fəaliyyəti göstərilmiş, maddi və mənəvi dəstək aksiyaları həyata keçirilmişdir. İNTER-SEVER Şirkətlər Qrupunun sadalan sahələrdə göstərdiyi fəaliyyətlər bir çox hökumət və qeyri-hökumət təşkilatları tərəfindən fəxri diplom və təşəkkürnamələrə layiq görülmüşdür. İNTER-SEVER Şirkətlər Qrupunun prezidenti məşhur iş adamı, ictimai-siyasi xadim, xeyriyyəçi Fizuli Məmmədov dünyanın harasında yaşamasından asılı olmayaraq ürəyi həmişə vətəni Azərbaycanla döyünür. Özünün vətənpərvərlik hissləri ilə vətəninin və xalqının xoşbəxtliyi, firəvanlığı naminə işlər görməyə çalışır, bu istiqamətdə uğurlu və təqdirəlayiq fəaliyyətini davam etdirir. İNTER-SEVER Şirkətlər Qrupunun prezidenti Fizuli Məmmədovun xeyriyyəçilik fəaliyyəti onun həyatının aparıcı və ayrılmaz hissəsidir. Xeyriyyəçilik sahəsində Fizuli Məmmədovun həyata keçirdiyi çoxsaylı və çoxşaxəli əməlləri sadalamaqla bitməz. Bir daha İNTER-SEVER Şirkətlər Qrupuna çoxşaxəli səmərəli fəaliyyətində uğurlar diləyirik. Arzu edirik ki, İNTER-SEVER Şirkətlər Qrupu özünün bir qərinəlik ömür payını əsrlərlə əvəzləsin, yeni-yeni iqtisadi uğurlara, dünya iqtisadi sistemində və biznes mühitində layiqli zirvələrə ucalsın.