
""Monako"nun "Arsenal"ı keçə biləcəyini bilirdim. Ancaq hadisələrin belə cərəyan edəcəyini gözləmirdim. "Monako" asan qələbə qazandı. "Arsenal"ın futbolçularının ötürmələrində sürət çatışmırdı. Komandanın oyunu məni qane etmədi. Fransada 3 qol vura bilərlərmi? Düşünürəm ki, bu mümkündür".
Qeyd edək ki, "Arsenal" 1/8 finalın ilk oyununda evdə "Monako"ya 1:3 hesabı ilə uduzub. Bu komandalar arasında cavab oyunu martın 17-də keçiriləcək.