Katolik kilsəsinin lideri və Vatikanın prezidenti Papa Fransesko dövlətin hüquqi olmasının vacibliyini vurğulayıb və "Dini dövlətlərin sonu pis bitir", - deyə bildirib.
Hüquq və dinin ictimai sahədəki yeri ilə hüquqi Fransa modelinə dair sualı cavablandıran Papa dini dövlət qurmağın tarixə zidd olduğunu qeyd edib: "Dövlətlər hüquqi olmalı, dini olanların sonu pis bitir. Bunlar tarixə ziddir".
"Hər birimiz Tanrının övladlarıyıq. Hər kəs dini inancını ifadə etmək sərbəstliyinə sahib olmalıdır. Əgər müsəlman bir qadın hicab taxmaq istəyirsə, bunu edə bilməlidir. Bu eyniylə xaç taxmaq istəyən bir katolikə də aiddir", -deyə Papa əlavə edib.
Fransanın hüquqi dövlət modelində həddini aşdığını deyən Papa dinin alt mədəniyyət kimi qəbul edilməsinə etiraz edib.
Papa onu da bildirib ki, bu gün dünyada İslam qorxusu yoxdur. Xristian və müsəlmanların hələ də birlikdə yaşaması mümkündür: " Məsələn, mən müsəlman və xristianların birgə yaxşı yaşadıqları Argentinadan gəlirəm".(sabahinfo.az)