Nyu-York məhkəməsi rusiyalı milyarder Roman Abramoviçin əmlakına həbs qoyub.
Qərar iş adamına məxsus iki təyyarəyə şamil edilib. Bunlar “Boeing 787-8 Dreamliner” və “Gulfstream G650ER” təyyarələridir.
Məhkəmə sənədlərinə görə, “Boeing” Dubayda, “Gulfstream” isə Rusiyadadır.