Həftəsonu ABŞ-ni bürümüş qar fırtınası nəticəsində ölənlərin sayı 34-ə çatıb.
Həyatını itirənlərin çoxu Nyu-York ştatındandır - 12 nəfər.
“Havanın hələ də nə qədər təhlükəli olduğunu qiymətləndirə bilmirəm”, - deyə ştat qubernatoru Keti Hokul bildirib. Onun sözlərinə görə, yolda qalan yüzlərlə insan avtomobillərindən xilas edilib.
Şənbə günü kəskin hava şəraiti nəticəsində 15 nəfərin öldüyü bildirilirdi.
Həftəsonu ABŞ-də 5000-dən çox uçuş ləğv edilib.
Kəskin hava xəbərdarlığı ölkənin mərkəzi və şərq hissələrində təqribən 175 milyon amerikalıya təsir edib.
Mənbə: ABC