ABŞ Ukraynaya 1,85 milyard dollarlıq yeni hərbi yardım paketi ayırmağa qərar verib.
Paketə ilk dəfə olaraq “Patriot” hava hücumundan müdafiə sistemləri də daxil olacaq.
Bu barədə çərşənbə günü yayılan ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilir.
Bu sənəddə göstərildiyi kimi, yardımın 1 milyard dollarlıq hissəsi Dövlət Departamenti, 850 milyon dolları isə Pentaqon vasitəsilə ayrılacaq.