Abşeronda tədbir

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi - nin maliyyə dəstəyi ilə Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB -nin təşkilatçılıği ilə "Erkən nigah , məişət zorakılığı , insan alverinə qarşı mübarizə, həssas qruplarla iş" istiqamətində “Gəncliyin Qalası: Təhsil və sağlamlıq” adlı layihənin təqdimatı keçirildi. Abşeron Rayon Təhsil Sektorunun inzibati binasında keçirilən tədbirdə Azərbaycan Respublikasının dövlət himni eşitmə və nitq qabiliyyəti tam məhdud olan gənclərin jest dilində tərcüməsiylə oxunub və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Baş tutan tədbirdə millət vəkili ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov , 44 günlük vətən müharibəsi şehidi Elçin Həsənlinin anasi Abşeron Rayon Icra Hakimiyyəti yanında ictimai Şuranın sədri Xatirə Ismayılova , BDU - nin Sosial iş üzrə kafedra müdiri Üzeyir Şəfiyev , Abşeron Rayonu üzrə fəaliyyət göstərən məktəblərin müəllim və psixoloqları , QHT nümayəndələri , "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB -nin eşitmə və nitq qabiliyyəti tam məhdud olan gənc üzvləri ,valideynlər , ictimai birliyin könüllüləri iştirak edib. Təşkilatın sədri Aidə Səfərova çıxış edərək layihənin əsas məqsədi regionlarda eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslərin maarifləndirilməsi üçün jest dilində sağlam həyatın təbliği, narkomaniya bəlası yönündə maarifləndirmə işinin aparılmasından və erkən evliliyə qarşı mübarizə aparmaqdan ibarət olduğunu bildirib.

Tədbirin sonunda " Gəncliyin qalası; Təhsil və sağlamlıq " layihəsi çərçivəsində ərsəyə gəlmiş " Mən oynadım o isə bu həyatı yaşayır " adlı sosial çarx iştirakçılara təqdim olunub.Tədbir sonadək surdotərcüməçinin jest dilində tərcüməsiylə başa çatdırılıb.