Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.
Sabahinfo.az xəbər verir ki, bu məsələ bu gün Mərkəzi Seçki Komissiyasının iclasında müzakirəyə çıxarılıb.
Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 8-də imzaladığı sərəncamla Adil Əliyev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
***
VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.
Sabahinfo.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə olunub.
Adil Abış oğlu Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.