
Buna əsasən də komitənin martın 6-da keçiriləcək iclasında məvaciblərinə limit məsələsinə baxılacaq. AFFA artıq beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb. Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunması ilə bağlı faktlar, eyni zamanda 2013/14 və 2014/15 mövsümlərində Azərbaycanda U-23 oyunçuların transfer məlumatları öz əksini tapıb.