AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti dəfə təyinat alıb.
Sabahinfo.az xəbər verir ki, o, UEFA Gənclər Liqasında Serbiyada “Srvena Zvezda” və İsveçrənin “Yanq Boyz” komandası arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 4-də Belqradda baş tutacaq.