ABŞ prezidentin köməkçisi və Ağ Evin mətbuat katibi Karin Jan-Pyer olacaq. O, mayın 13-də vəzifəsindən ayrılacaq Cen Psakini əvəz edəcək.
Bu barədə ABŞ Prezidenti Co Baydenin mətbuat xidməti məlumat yayıb.
Karin Jan-Pyer indiyədək mətbuat katibinin birinci müavini və prezidentin köməkçisinin müavini vəzifələrində çalışıb. O, uzun müddətdir ki, Baydenlə işləyir: o, ABŞ-ın hazırkı prezidenti Barak Obama administrasiyasında vitse-prezident olandan rəhbər vəzifələrdə çalışıb.