Ağciyər xərçənginə qarşı ilk peyvəndin sınaqları başladı

Yeddi ölkədə ağciyər xərçənginə qarşı mRNT əsaslı ilk peyvəndin sınaqlarına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Guardian” qəzeti yayıb. 

Məlumata görə, Böyük Britaniya, ABŞ, Türkiyə, Almaniya, Macarıstan, Polşa və İspaniyada 34 araşdırma mərkəzində beynəlxalq kliniki sınaqların ilk mərhələsinə start verilib. 

Sınaq çərçivəsində Böyük Britaniyada 67 yaşlı Yanuş Raç adlı pasiyentə 6 inyeksiya edilib. Ona 6 həftə ərzində hər həftə, daha sonra isə 54 həftə ərzində hər 3 həftədən bir inyeksiya ediləcək. 

Peyvənd türkiyəli alimlər Uğur Şahin və Özlem Türecinin təsis etdiyi Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanıb. Sözügedən peyvənd immun sisteminin xərçəng hüceyrələri ilə mübarizəsini stimullaşdırmaq üçün nəzərdə tutulub.