Ağdərədə insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb

Ağdərə rayonunda insan skeletinə bənzər sümük qalıqları aşkar edilib.

Sabahinfo.az apa-ya istinadən xəbər verir ki, sümük fraqmentləri Sırxavənd kəndində qazıntı işləri aparılırakən tapılıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma gedir.