Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılan Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Ağstafa rayonunda da anım tədbiri keçirilib. Çıxış edənlər erməni cəlladlarının həyata keçirdikləri bu soyqırımın əsrlər boyu xalqımıza qarşı yürüdülən məkrli siyasətin tərkib hissəsi olduğunu qeyd ediblər. Sonda Xocalı faciəsinə həsr olunan sərgi nümayiş etdirilib, ədəbi-bədii qiraət gecəsi təşkil olunub.
Tədbir bədii hissə ilə yekunlaşıb.