Ahılların Şəki şəhərinə ekuskursiyasının təşkili

 

24 İyul 2024

23 iyul 2024-cü il tarixində “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Yaş əngəl tanımır” adlı layihə çərçivəsində Qaxda yaşayan 16 nəfər ahılın Şəki şəhərinə ekskursiyası təşkil olundu.

Şəki şəhərində Şəki Xan sarayına ziyrət olundu, həmçinin müxtəlif tarixi abidələr haqqında məlumat verildi. Şəhərin gözəl təbiəti, parklarında gəzintilər təşkil olundu. Onların bu gəzintidən səmərəli istifadə etməsinə və gəzintinin maraqlı olmasına imkan yaradıldı.

Sonra ahıllar gözəl təbiətin qoynunda yemək və çay süfrəsi arxasında psixoloqun, layihə rəhbərinin və QHT rəhbərinin iştirakı ilə maraqlı söhbət etdilər. Saz ifaçısı ahıllara kiçik konsert verdi. Ahıllar bu gəzintidən çox razı qaldıqlarını söylədilər.  

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova ahıllar üçün bu şəraiti yaratdığı üçün QHT lərə Dövlət Dəstəyi Agentliyinə öz minatdarlığını bildirdı.  “Yaş əngəl tanımır” adlı layihə Qax rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olundu.