“Avropa İttifaqının (Aİ) yeni sanksiyalarına hazırıq”.
Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
O bildirib ki, yeni məhdudiyyətlər tətbiq oluna bilər: “Lakin əvvəlki təcrübə göstərir ki, sanksiyalar işləmir. Biz cavab tədbirləri barədə düşünəcəyik”.