Aİ və NATO əməkdaşlıq haqqında bəyannamə imzaladı

Avropa İttifaqı və NATO gələcək illər üçün iki təşkilat arasında əməkdaşlığı müəyyən edəcək ikitərəfli tərəfdaşlıq bəyannaməsi imzalayıblar.

Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki,  , Alyansın mənzil-qərargahında keçirilən imzalanma mərasimində NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak ediblər.

Yaxın günlərdə mətbuat konfransı keçiriləcək və bu konfransda imzalanmış sənədin məzmunu təqdim olunacaq.