“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi 12.09.2023 –cü il taridə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaq istismarına biganə qalmayaq!” adlı layihənin icra planına uyğun olaraq Şəki şəhərində 21.08.2023 –cü il tarixdə insan alveri ilə, xüsusilə də uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onun dağıdıcı effektləri barədə, həmçinin uşaq istismarının ağır cinayət olması barədə cəmiyyətin məlumatlılıq səviyyəsini araşdırmaq məqsədilə keçirdiyi sorğunun nəticələrinin müzakirəsinə həsr olunmuş konfrans təşkil etdi.
İcra Hakimiyyətinin, Polis Şöbəsinin, məktəb müəııim və direktorlarının, sahibkarların və rayonun fəal gənclərinin iştirak etdiyi konfransda Şəki şəhər İcra Hakimiyyətinin Böyük məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Məmmədov uşaq istismarının aradan qaldırılması baxımından belə layihələrin həyata keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi ki, biz də öz növbəmizdə rayonumuzda sosial risk qrupuna daxil olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı, uşaqların onlara əlçatanlığının təmin edilməsi ilə bağlı mühüm addımlar atılır, tədbirlər həyata keçirilir. Şəki RŞPŞ -nin baş inspektoru Anar Xalıqov rayonda uşaqların nəzarətsiz qalması, baxımsızlığı üzrə tədbirlərin icrasının mütəmadi davam etdirildiyini, həmin uşaqların tərbiyəsi, saxlanması üzrə öz vəzifələrini yerinə yetirməyən valideynlər barəsində fərdi olaraq profilaktik işlərin aparıldığını bildirdi.
Gənclər İdman İdarəsinin məsləhətçisi Səbahət Bağırova bildirdi ki, uşaq istismarının qarşısının alınmasında onların asudə vaxtlarının səmərəli təşkil olunması, onların müxtəlif idman növlərinə cəlb olunması da böyük rol oynayır. QHT sədri Gülqədəm Alxasova da məsələyə münasibət bildirərək problemlə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsini təklif etdi. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova çıxış edərək bildirdi ki, sorğunun nəticələrindən də göründüyü kimi insan alveri ilə, xüsusilə də uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onun dağıdıcı effektləri barədə, həmçinin uşaq istismarının ağır cinayət olması barədə cəmiyyətin məlumatlılıq səviyyəsini artırmaq üçün aidiyyatı dövlət qurumları öz aralarında əməkdaşlığı möhkəmləndirməli, təbliğat və maarifləndirmə işlərini daha da gücləndirməlidirlər.