Azərbaycan Karate Federasiyaları Assosiasiyasının rəhbərliyinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş seminar təşkil edilib. Bakı İdman Sarayında keçirilən seminarda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının rəhbərliyi və 500-ə yaxın məşqçi və idmançı iştirak edib.