Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Dünya Azərbaycanlılaın Həmrəyliyinə Dəstək” ictimai birliyi təşkilatı tərəfindən, Almaniyanın Münhen şəhərindəki “Münhen Azərbaycanlıları mədəniyyət mərkəzində”, ( Das Azerbaidschan Kulturzentrum in München e.V Pelkovenstr.51 80992 München) “Xaricdəki Azərbaycan diaspora təşkilatlarının və lobbiçilik institutlarının təkmilləşdirilməsi” adlı layihə cərcivəsində tədbir təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə acan, “Münhen Azərbaycanlıları mədəniyyət mərkəzinin sədri Səttar Kərimov , son illərdə Almaniyada təşkilat olaraq, gördükləri səmərəli işlərdən DAHD ictimai birliyinin prezidenri Tofiq Əlizadənin Münhen şəhərinə növbəti səfəri barədə, tədbir iştirakçılarna məlumat verdi. Daha sonra cıxış edən “Dünya Azərbaycanlılaın Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə geniş bildirdi ki,Tarixi səbəblərdən dünyanın müxtəlif ölkələrinə sapələnmiş Azərbaycanlıların birlik və həmrəylikləri və Azərbaycanın milli maraqları baxımından xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının, lobbiçilik institutlarının yenidən təkmilləşdirilməsi, xaricdəki Azərbaycan icmalarının yeni tərzdə, daha aktıv işləmə proqramları ilə calışmaları, günümüz ücün aktual olaraq qalır. Diaspora problemlərinin yaranması, xaricdəki Azərbaycan cəmiyyətlərinin yenidən proqram şəkilində formalşmaları, onların stimullarının tənzimlənməsi, soydaşlarımızın birlik , həmrəyliklərinin təşkili həm də Azərbaycanın dövlət maraqlarına uyğundur. Bu gün. dünyada 62 milyona yaxın Azərbaycanlılar yaşayır. Onların bir coxu yaşadıqları ölkələrin ictimai-həyatlarında ölkə vətəndaşları olaraq yaxından iştirak edirlər.Xaricdəki soydaşlarımızın mütəşəkkil surətdə təşkilatlanmaları və onların aktivliyi, eyni zamnda da yaşadıqları ölkələrin ictimai-siyasi həyatlarında aktif iştirakları ilə bağlı işlər cox təssüf ki, bu illər ərzində cox səif aparılmışdır.Bu gün Azərbaycan dünyada cox böyük nüfuza malik qüdrətli dövlətlərində biridir.Ona görə də, xarici ölkələrdə məskunlaşmış hər bir Azərbaycanlı, tarixi vətənləri olan Azərbaycan haqda da düşünməli və məmləkətimizin bundan sonra da inkişafı, qüdrətlənməsi naminə əlindən gələni etməlidir. Xarici ölkələrdə yaşayan Azərbaycanlıların, bu ölkələrdəki, Azərbaycan evləri və Azərbaycan mədəniyyət mərkəzlərinin yenidən muasir tələblər cavab verən quruçuluq islərinin, daha stimullu, yol xəritəsinə cevirilməsi, günümüzün aktual məsələlərindən biridir.Bu məqsədlərlə də bir cox xarici ölkələrdə bu movzulu tədbirlərin keçirilməsi soydaşalarımızın az da olsa cıx yaşadıqları və adları yuxarıda cografi məkan kimi qeyd etdiyimiz ölkələrədə keçirilməsi məqsədə uygundur. Azərbaycanın milli maraqları baxımından xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının, milli icmalarımızın və lobbiçilik institutlarının yenidən muasir tələblərə uyğun olaraq, qurulması ücün, bu ölkələrdə anadan olmuş, yeni azərbaycanlılar ücün Azərbaycan dilində bazar günləri məktəbi, usaqlara milli rəqslərimiizin öyrədilməsi, tarixi şəxsiyyətlərimiz, sair və yazarlarımız haqqında məlumatlar verilməli, soydaşlarımızla,Azərbaycanın tanınmış ziyalılarının, o cümlədən də sair və yazıçılarını, tarixçilərin görüşlərini təşkil etmək məqsədə uygun sayıla bilər.zərbaycanın milli maraqları baxımından xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının və lobbiçilik institutlarının təkmilləşdirilməsi, fəaliyyətlərinin stimullaşdıraraq yenidən qurulmaları və prioritet istiqamətlər üzrə fəaliyyətlərinin tənzimlənmələri istiqamətlərində mühüm işlərin, tədbirlərin görülməsin muasir dövrümüzdə cox vacibdir..Cünki, xaricdəki Azərbaycan ictimai birliklərinin fəaliyyətlərinin yeni istiqamətdə qurulması ,soydaşlarımızın birlik, həmrəyliklərinin təşkili məsələləri, Azərbaycanın dövlət maraqları baxımından cox vacibdir. Daha sonra Tofiq Əli-zadə söylədi ki, Azərbaycanın xaricdəki icma təşkilatlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətlərinin əlaqələndirilməsi, xarici ölkələrdəki diaspora təşkilatlarımızın muasir tələblərə uygun formalaşması sahəsində mühüm işlər görülməai sahəsində hələ də mühüm işlərin aparılması gündəmdədir.