
Bu, AAKM-nin Bundestaqın Petisiya Komitəsinə artıq ikinci müraciətidir. 2014-cü ildə verilən petisiyada təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyə qədər qəbul edilmiş qərar və bəyanatlara istinad edərək Almaniya Parlamentini Xocalı soyqırımını tanımağa çağırıb və bu istiqamətdə yeni səylər göstərəcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, 2014-cü ildə Almaniya Bundestaqına edilmiş müraciətin cavabında AAKM Petisiya Komitəsinə etiraz məktubu göndərib. İl ərzində aparılan məktublaşmada Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətində atəşkəsi pozması, azərbaycanlıların öz doğma torpaqlarında girov götürülməsi, Qarabağ sakinlərinin hüquqlarının pozulması haqqında məlumat verilmiş, beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərarların həyata keçirilməsi, ədalətin bərqərar olması tələbləri irəli sürülüb.
AAKM-in təkidli müraciətlərindən sonra Bundestaqın Petisiya Komitəsi „1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli"nə dair petisiyaya yenidən baxmağı qərara alıb.