Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Tərtər rayonu Qaradağlı kəndində evi yanmış İsmayılova Sevda Gəray qızının ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.
“Qafqazinfo” xəbər verir ki, A.Məmmədov şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ona deputatın səlahiyyətləri daxilində köməkliyin göstərildiyini bildirib, həmçinin zərərçəkmişin digər problemlərini dinləyib.
Məlumat üçün bildirək ki, Sevda İsmayılova Birinci Qarabağ müharibəsi şəhidi Vəli Abbasovun həyat yoldaşıdır. O, bir müddət bundan öncə deputatın qəbulunda olaraq evinin yanması ilə əlaqədar müəyyən köməklik göstərilməsini xahiş edib.