"Real"ın baş məşqçisi Karlo Ançelotti yeni rekorda imza atıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu İspaniya La Liqasının 24-cü turunda keçirilən "Elçe"yə qarşı matçda baş verib. Təcrübəli mütəxəssis bu oyunla Madrid klubunda ilk 100 matçında 78-ci qələbəsini qazanıb. Bununla da o, bu göstəricidə ispan klublarında işləmiş bütün məşqçiləri qabaqlayıb.
Qeyd edək ki, "Real"ın sabiq baş məşqçisi Joze Mourinyo ilk 100 oyununda 77, "Barselona"nın sabiq çalışdırıcısı Pep Qvardiola isə 71 qələbə qazanıb. Xatırladaq ki, "Elçe" - "Real" görüşü ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.