Aqil Abbas Arazbar kəndində görüş keçirdi - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas)  Ağcabədi rayonun Arazbar kəndində seçicilərlə görüş keçirib.

Sabahinfo.az xəbər verir ki,görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə gənclər, eləcə də, müxtəlif yaş və sosial qrupdan olan seçicilər iştirak edib.

Aqil Abbas seçki platformasını geniş şərh edib, habelə seçicilərin qaldırdığı məsələlərlə bağlı keçən dönəmdə Millət vəkili olaraq gördüyü işlərdən danışıb. Namizəd seçiciləri maraqlandıran sualları ətraflı cavablandırıb.

Seçicilərin toxunduğu müxtəlif məsələlərə dair öz fikrini bildirən Aqil Abbas, dövlətin gördüyü və görməkdə olduğu böyük layihələrdən, infrastruktur layihələrindən, dövlət proqramlarından söz açıb, habelə yenidən mandat qazanacağı təqdirdə seçiciləri qayğılandıran məsələləri parlamentdə, müvafiq dövlət orqanları qarşısında qaldıracağını bildirib.

Seçicilər çıxış edərək bildiriblər ki, əhalinin üzləşdiyi çətinliklər əsasən məktəb, kəndlərdə su çatışmamazlığıdır.Seçicilər maraqlı təklif irəli sürərək bildiriblər ki, Qarqar çayının yanında  su anbarı tikilərsə, neçə kənd bu sudan istiadə edərək, problemini həll edərlər.

A. Abbas seçicilərin iş, yol, su, qaz, bağça, pensiya, məktəb və s. ilə bağlı qaldırdığı bir sıra məsələlərin operativ həllini diqqətdə saxlayacağına söz verib. 

Görüş qarşılıqlı maraq doğuran bir sıra digər mövzuların müzakirəsi ilə davam edib.