Aqil Abbas Sarıcalı kəndində seçicilərlə görüş keçirdi - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Ağcabədi rayonun Sarıcalı kəndində seçicilərlə görüş keçirib.

Sabahinfo.az xəbər verir ki, görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seçiciləri ilə mütəmadi görüşlər keçirən Aqil Abbası kənd camaatı yüksək əhval ruhiyyədə qarşıladılar. Onlar bu illər ərzində etimad göstərdikləri deputatları ilə səmimi söhbət etdilər, rayonda , kənd və kənd yollarında aparılan abadlıq işlərindən, dövlətin əhalinin sosial rifahına yönəli atdığı addımlardan razı qaldıqlarını bildirdilər. 

Öz növbəsində də deputatlığa namizəd seçicilərinə 01 sentyabr tarixində keçiriləcək seçkilərdə aktiv olmağı tövsiyyə etdi. Və bütün bu illər ərzində olduğu kimi yenə də onların şikayət və problemlərini dinləməyə hazır olduğunu, həllində bütün imkanları ilə çalışacağını dilə gətirdi.