Aqil Abbas seçicilərlə görüş keçirdi - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Binəqədi rayonunda  48 nömrəli tam orta məktəbdə Füzulidən olan seçicilərlə açıq havada görüş keçirib. 

Sabahinfo.az xəbər verir ki, görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seçicilərlə görüşdə geniş fikir mübadiləsi aparan namizəd  dövlətimizin daha da inkişafı və uğurlu işlərə imza atmağımız  üçün Ali Baş Komandanın ətrafında sıx birləşməli olduğumuzu deyib. Sizə hər zaman söylədiyim kimi mənim üçün deputatlıq sizə, xalqımıza,dövlətimizə daha çox xidmət edə bilməkdir. Deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam. Əgər mənə təkrar etimad göstərsəniz, bundan sonra da sizi layiq olduğunuz səviyyədə təmsil etməyə çalışacam.Dövlətimiz nə qədər güclənərsə, problemlərin həlli də o qədər sürətlənər, ona görə də bizim hər birimiz ölkəmizdə sabitliyin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi istiqamətində birlikdə daha yüksək səylə çalışmağa davam etməliyik.

Görüşdə Füzuli sakinləri, ziyalılar Aqil Abbasın  onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər.