Aqil Abbas Şərəfxanlı kəndində seçicilərlə görüş keçirdi - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas)  Ağcabədi rayonun Şərəfxanlı kəndində seçicilərlə görüş keçirib.

Sabahinfo.az xəbər verir ki,görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Aqil Abbasın vəkili Ceyhun Rüstəmov seçiciləri salamladıqdan sonra əvvəlcə seçiciləri namizədin seçki platforması ilə tanış edib. 

A.Abbas ölkədə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən, xüsusilə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa işlərinin həyata keçirilməsindən danışıb. Vətən müharibəsi iştirakçılarına, əlillərinə və şəhid ailələrinə göstərilən qayğı haqqında məlumat verən namizəd bütün bunlarla yanaşı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramının icrasının da ölkə başçısının diqqət mərkəzində olduğunu bildirib, seçki dairəsinin müxtəlif ərazilərində su və qaz təminatının yaxşılaşdırılması haqqında danışıb.

Seçicilər içməli su təminatı və digər problemlərlə bağlı fikirlərini səsləndiriblər.

Namizəd seçicilərin hər birini, o cümlədən gəncləri maraqlandıran məsələlərlə bağlı sualları cavablandırıb.

Seçicilərin qaldırdığı məsələlərə dair düşüncə və fikirlərini bölüşən Aqil Abbas, onları seçkilərdə aktiv olmağa səsvermə hüququndan istifadəyə çağırıb.

Aqil Abbas yenidən Millət vəkili seçiləcəyi halda, gəncləri, bütövlükdə seçiciləri qayğılandıran ayrı-ayrı məsələləri parlamentdə, hökumət qarşısında qaldıracağını bildirib.

Sonda Aqil Abbasın vəkili Ceyhun Rüstəmov seçicilərin şikayətlərini, müraciətlərini dinləyərək qeydlər aparıb.