Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTOLAR

85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Abşeron rayonu, Mehdiabad qəsəbəsində Füzuli rayonundan olan seçicilərlə görüş keçirib.Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sabahinfo.az xəbər verir ki, görüşdə  Aqil Abbas  ona yenidən dəstək və etimad göstərəcəklərini deyən Füzuli sakinlərinə təşəkkürünü bildirib.

“Bu illər ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım”, - deyən A. Abbas  Füzuli sakinlərini narahat edən bir çox problemlərin öz həllini tapdığını deyib və həllini gözləyən problemlərin də yaxın illərdə həllini tapacağını bildirib.

Aqil Abbas Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də Füzuli şəhərində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə  dövlət tərəfindən həyata keçirilən böyük işlər və həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verib.

Sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd A.Abbas bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib.

Aqil Abbas görüş zamanı ona müraciət edən şəhər sakinlərini narahat edən bəzi problemləri də dinləyib və qaldırılan təkliflərlə bağlı hökumət qurumlarına müraciət edəcəyini deyib.