Sabah - martın 17-dəAzərbaycan Milli Məclisinin plenar iclası keçiriləcək.
İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.
Hesabatı parlamentdə baş nazir Artur Rasi-zadənin təqdim etməsi nəzərdə tutulub. Hesabatla bağlı müzakirələrin iki gün davam edəcəyi gözlənilir.