Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova həyat yoldaşı ilə bağlı paylaşım edib.
Sabahinfo.az olay-a istinadən xəbər verir ki, sənətçi həyat yoldaşını "Atalar günü" münasibətilə təbrik edib.
"Arxamı həm inandığıma, həm də sevdiyimə söykəmişəm. Dört tərəfim sevda, sonsuz bağlılıq və eşqlə çevrilib. Allahım, sənə sonsuz şükürlər olsun. Bütün ataların günü mübarək olsun. Övladlarına atalıq edən anaların da "Atalar günü" mübarək olsun. Övlad ayrıseçkiliyi etməyənlərin də "Atalar günü" mübarək olsun. Yaşamaq sadəcə var olmaq deyil. Artıq sadəcə ürəklərimizdə olan atalarımızın ruhları şad olsun.Təbrik edəcəyiniz atanız varsa, qucaqlaya bilirsinizsə qiymətini bilin, hətta mənim yerimə də bərk-bərk qucaqlayın!".