Millət vəkili Rəşad Mahmudov 21 fevral tarixində Astara şəhərində Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının inzibati binasında vətəndaşlarla görüş keçirmişdir.
Görüş zamanı sakinlərin müraciətləri diqqətlə dinlənilmiş, onları narahat edən sosial, hüquqi və digər məsələlər ətraflı müzakirə olunmuşdur. Müraciətlər əsasən əlilliyin təyin edilməsi, sosial təminat, torpaq və mülkiyyət münasibətləri ilə bağlı olmuşdur.
Qaldırılan bütün məsələlər qeydə alınmış, aidiyyəti qurumlara göndərilməsi və icrasına nəzarət olunması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Görüş vətəndaşların problemlərinin yerində öyrənilməsi və operativ həlli istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.