Astrid Lindqrenin “Uzuncorab Pippi” nağılının 80 illiyi ilə əlaqədar “nağıl saatı” keçirildi    

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 94 №-li Körpələr Evi-Uşaq bağçasında “nağıl saatı” keçirdi. Tədbir “Yubliyar kitablar” layihəsi çərçivəsində reallaşdırılmışdır. “Nağıl saatı” isveç uşaq yazıçısı Astrid Lindqrenin “Uzuncorab Pippi” nağılının 80 illiyi ilə əlaqədar təşkil olunmuşdur.     Astrid Lindqrenin “Uzuncorab Pippi” əsəri yazıçının qızına hədiyyəsidir. Uzuncorab Pippi müəllifin üçcildlik uşaq hekayəsinin baş qəhrəmanıdır. Kitabda “Toyuq” villasında valideynlərsiz yaşayan nadinc doqquz yaşlı qızcığazın şən və əyləncəli macəralarından bəhs edilir.     Uşaq şöbəsinin müdiri Sevil Namazova balacalara “Uzuncorab Pippi” nağılını oxudu. Uşaqlar onu maraqla dinlədikdən sonra suallar verdilər.