Bu gün Avropa Liqasının 1/16 final mərhələsinə start veriləcək. Turun bütün görüşləri eyni günə nəzərdə tutulub. Türkiyənin "Trabzonspor” klubu doğma meydanda "Napoli” ilə qarşılaşacaq.
Qardaş ölkənin turnirdə digər təmsilçisi "Beşiktaş” isə "Liverpul”un qonağı olacaq.
F qrupunda "Qarabağ”la mübarizə aparmış "Dnepr” öz meydanında Yunanıstanın "Olimpiakos” klubu ilə ,"İnter” isə səfərdə "Seltik”lə qarşılaşacaq.
19 fevral
Avropa Liqası, 1/16 final, ilk oyunlar
22:00 "Olborq" (Danimarka) - "Brügge” (Belçika)
22:00 "Roma” (İtaliya) - "Feyenoord” (Hollandiya)
22:00 "Dnepr” (Ukrayna) - "Olimpiakos” (Yunanıstan)
22:00 PSV (Hollandiya) – "Zenit” (Rusiya)
22:00 "Torino” (İtaliya) – "Atletik” (İspaniya)
22:00 "Trabzonspor” (Türkiyə) – "Napoli” (İtaliya)
22:00 "Volfsburq" (Almaniya) – "Sportinq” (Portuqaliya)
22:00 "Yanq Boyz" (İsveçrə) – "Everton” (İngiltərə)
00:05 "Ayaks” (Hollandiya) – "Legiya” (Polşa)
00:05 "Anderlext” (Belçika) – "Dinamo” (Moskva, Rusiya)
00:05 "Seltik” (Şotlandiya) - "İnter” (İtaliya)
00:05 "Genqam" (Fransa) – "Dinamo” (Kiyev, Ukrayna)
00:05 "Liverpul” (İngiltərə) – "Beşiktaş” (Türkiyə)
00:05 "Sevilya” (İspaniya) – "Borussiya” (Münhenqladbax, Almaniya)
00:05 "Tottenhem” (İngiltərə) – "Fiorentina” (İtaliya)
00:05 "Vilyarreal” (İspaniya) - "Zalsburq" (Avstriya)