
İştirakçı idmançılar və müşayiətçi rəsmi şəxslərin sayına əsasən hesablanan qrantlar yarışlarda iştirak edən 50 Avropa Milli Olimpiya Komitəsinin hamısına bərabər şəkildə şamil edilir.
Qeyd edək ki, Avropa Oyunlarından sonra AOK rəhbər qurum olaraq oyunların gəlirlərindən əldə edilən 2,5 milyon avro məbləğində vəsaiti, Beynəlxalq Olimpiya Komitəsi (BOK) kimi eyni qaydada oyunların proqramına daxil edilən bütün idman növləri üzrə Avropa Milli Olimpiya Komitələri və Avropa Federasiyaları arasında bölüşdürəcək.
İdmançılar istənilən böyük idman yarışının əsasını təşkil edirlər. Bu məqsədlə yarışlarda iştirak edən idmançıların maliyyələşdirilməsinə görə məsuliyyət daşıyan qurumların müvafiq qaydada ödənişlə təmin edilməsi qanunidir və məqsədəuyğundur.