Aydın Hüseynov: Azərbaycan Avropa üçün ən etibarlı tərəfdaşdır

“Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mühüm iqtisadi hadisə olmaqla Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanması deməkdir. Bu, bir daha ölkəmizin qlobal enerji təızhizatçısı kimi Avropa və dünya miqyasında etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Eyni zamanda, dünyada baş verə mürəkkəb geosiyasi prosesləır fonunda Azərbaycanın dünya birliyi üçün enerji və iqtisadi güc mənbəyi olmasının nümayiş etdirir”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, bu cür qlobal əhəmiyyətli memorandumun imzalanması Azərbaycanın Avropa İttifaqının enerji təşəbbüskarlığını dəstəklənməsi və yürüdülən yeni enerji siyasətinə töhfə verməsi kimi yüksək qiymətləndirilə bilər. “Bu, bir daha Azərbaycanın Avropa regionun üçün olduqca əhəmiyyətli və strateji enerji müttədiqi olduğunu təsdiqləyir. Respublikamız son bir il ərzində enerji diversifikasiyasını genişləndirərək dünya yanacaq bazarında öz potensial güc imkanlarlını nümayiş etdirməkdədir. Hazırda Cənub Qaz Dəhlizi Avropa üçün strateji əhəmiyyət daşıyır və bu layihənin gücünü artırılması üçün Azərbaycan böyük ehtiyac vardır. Avropa bazarlarında enerjinin çoxşaxəliliyi və yeni resursların ixracı aktual mövzuya çevrilib, bu proseslər Azərbaycanın da rolunun artması üçün əlavə fürsətlər yaradır. Bu baxımdan, Avropanın enerji təhlükəsizliyində Azərbaycan daha fəal rol alır və Cənub Qaz Dəhlizinin ixrac potensialının artırılması gündəmdədir”.
A.Hüseynov onu da bildirib ki, Azərbaycanın Avropanı yanacaqla təmin etmək üçün kifayət qədər resursları vardır. “Ölkəmizin təsdiq edilmiş qaz ehtiyatlarınıln həcmi 2.6 trilyon kubmetrdir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektiv strukturlarında böyük ehtiyatlar var. 2025-ci illərdə ölkəmizin qaz istehdsalı 50% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırıla caq və qaz resurslarımız Aİ ölkələri üçün əlavə mənbələr olacaq”.