Laçın şəhəri 2022-ci il avqustun 26-da işğaldan azad edilib.
Sabahinfo.az xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 26 Avqust – Laçın şəhəri günü kimi qeyd olunur. Ötən iki il ərzində şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb. Rabitə-kommunikasiya xətləri yenilənib, müasir infrastruktur qurulub. İndiyədək 2031 nəfər yerli sakin doğma şəhərə qayıdıb.
Laçın rayonunun yenidən tikilmiş Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlərin daimi məskunlaşması təmin edilib.
Ümumilikdə, inidiyədək Laçın rayonuna 3069 nəfər (828 ailə) yerli sakin köçürülüb. Qayıdışın davam etdirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Laçın şəhəri günü ilə bağlı hazırladığı videoçarxı təqdim edirik.