Gənclər və idman naziri Azad Rəhimov fevralın 25-də Qusar rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, Qusar Olimpiya Kompleksinin yaxınlığı) başlayacaq. Qəbul üçün vətəndaşların qeydiyyatı fevralın 20-dən 24-dək saat 09:00-dan 18:00-dək aparılacaq.
Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların Gənclər və İdman idarələri ilə əlaqə saxlamalıdırlar: Quba - 050 (055) 235-77-88, Qusar - 055 435-76-16, 070 317-24-13, Siyəzən - 055 213-94-28, 050 569-43-76, Şabran - 055 612-26-62, Xaçmaz - 050 (070) 235-77-57