Azər Kərimli seçicilərlə görüşüb - FOTO

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.

Sabahinfo.az xəbər verir ki, A.Kərimli Balakən rayonunun Hənifə kənd sakinləri, eləcə də həmin kənddə fəaliyyət göstərən tütün emalı və kərpic zavodlarının kollektivləri və Roçəhməd kənd sakinləri ilə görüşlər keçirib.

Bir gün öncə həmin kəndlərin şəhidləri Balakən Şəhidlər Xiyabanında ziyarət olunub.

A.Kərimli kənd sakinləri ilə bir araya gələrək, giriş nitqində budəfəki seçkilərin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk parlament seçkiləri olduğunu vurğulayıb. Cənab prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın suverenliyinin bərpa olunması qeyd olunub.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Azər Kərimli seçicilərlə görüşdə  ötən dövr ərzində görülən işlər barədə də danışıb. Daha sonra deputatlığa namizəd Azər Kərimli seçicilərin suallarını cavablandırıb