Azərbaycan Andorranı darmadağın etdi

Fevralın 13-dən etibarən İspaniyanın Tarragona şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. AFFA-nın yaydığı xəbərə görə, Andorranın U-21 yığması ilə qarşılaşan komandamız 4:0 hesabı ilə qələbə qazanıb. Sevinc Cəfərzadənin dubl etdiyi oyunda hərəyə bir dəfə Nigar Cəlilli və Aysun Əliyeva fərqlənib.