“Xalqımızın güvən yeri, dövlətimizin sabitliyinin və inkişafının memarı, müstəqilliyimizin keşiyində qətiyyətlə dayanan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev - bu gün xalqımızın həm də ümid yeridir!”
Sabahinfo.az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev bildirib.
O qeyd edib ki, İlham Əliyev bu gün regionda lider olan qalib xalqın, qalib dövlətin rəhbəridir: “Onun rəhbərliyi ilə Azərbaycanın tək regionun deyil, dünyanı narahat edən qlobal problemlərin həllində də müstəsna rol oynadığı hər kəsin gözü önündədir.
Azərbaycan azsaylı dövlətlərdən biridir ki, belə gərgin bir zamanda müdrik, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin zəngin idarəçilik təcrübəsi, dəmir iradəsi, diplomatik zəkası müstəqilliyimizin, dövlətçiliyimizin həm də qarantıdır”.
T.Tağıyev bildirib ki, məhz Ali Baş Komandanın müdrik siyasəti, xalqına olan sevgi və sədaqəti Azərbaycanı regionda söz sahibinə çevirib və həm də Vətən müharibəsində tarixi zəfərimizin əsas təminatçısı edib: “Bununla da qalib rəhbər kimi əbədi olaraq adını Azərbaycan xalqının yaddaşına, tarixinə qızıl hərflərlə yazdırdı. Biz inanırıq ki, Prezidentin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq, xalqımızın rifahı və dövlətimizin qüdrəti daim yüksələcək!
Məhz ölkə başçısının siyasəti nəticəsində sülh yolu ilə hər bir Qərbi Azərbaycanlı öz doğma yurduna qayıdacaq. Qərbi azərbaycanlı olaraq biz bu günü səbirsizliklə gözləyirik. Yalnız İlhamla, inamla, irəli!”