Azərbaycan Ordusu Ermənistanın işğalçılığına son qoydu. Azərbaycanın torpaqları işğaldan azad edildi. 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanat imzalandı. Bu sənəd Ermənistanın məğlubiyyət aktı idi. Bu məğlubiyyətlə barışmaq istəməyən Ermənistan üçtərəfli bəyanatın bəzi şərtlərini yerinə yetirmək istəmir. Ancaq buna məcburdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, Ermənistan bəyanatın şərtlərini bütünlüklə yerinə yetirməsə, onu məcbur edərik.
Soçi görüşü regionda vəziyyətlə bağlı görüş idi.
Tarixən bütün müharibələr danışıqlarla sonlanıb, qalibin qalib, məğlubun məğlub mövqeyi olub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”. Vətən müharibəsində Azərbaycan Ordusu Zəfər qazandı. Sonda Rusiyanın müdaxiləsi ilə üçtərəfli bəyanat imzalandı: qalib dövlət kimi Azərbaycan, məğlub dövlət kimi Ermənistan. Məğlub dövlət olan Ermənistan hansı dövlətlərin siyasi dəstəyinə (bu dəstəyin davamının hərbi dəstək olacağına güvənməklə) bəyanatın müəyyən şərtlərini yerinə yetirməməyə niyyətli idi. Unudurdu ki, bunları yerinə yetirməsə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dövləti onu bunları yerinə yetirməyə məcbur edəcəkdir. Dünya ictimaiyyəti, Ermənistana gizlin-aşkar dəstəkləyənlər Ermənistanın riyakarlığını unudubmu? – Vətən müharibəsində Rusiyanın vasitəçiliyi ilə həlak olanların döyüşlərin içindən çıxardılması məqsədi ilə atəşkəs elan edilmişdi. Aərbaycan bu razılaşmaya əməl etdi. Bəs Ermənistan? – atəşkəs elan ediləndən az sonra dinc əhalini raket atəşinə tutdu. 2020-ci il 9 noyabr bəyanatı imzalanandan sonra da üçtərəfli razılaşmanın şərtlərini kobudcasına pozur. İşğaldan azad edilmiş ərazilərdə diversiya qruplarının təxribatları, təxribatlar törətmək istəyən erməni hərbi qulluqçularının tutulması, humanist niyyətlərlə Ermənistana qaytarılması da dediklərimizin təsdiqidir. Müəyyən təsadüfi (təsadüfimi?) insidentlər - Azərbaycan -Ermənistan sərhədində silahlı toqquşmalar olub, Kimin günahı, siyasi sayıqlığını itirməsi ucbatından? Əlbəttə ki, Ermənistanın...
Ermənistan silahlı birləşmələırinin yaratdığı insidentlər zamanı həlak olanlar da, yaralananlar da Ermənistana qaytarılıb. Bu, Azərbaycanın humanist mövqeyi kimi dəyərləndirilməlidir.
Dünya ictimaiyyəti Soçidə keçirilən üçtərəfli görüşü 2020-ci il noyabrın 9-da imzalanmış bəyanata baxış mahiyyətli, üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsinə baxış görüşü bildi. Azərbaycan bəyanatda qeyd edilən şərtləri yerinə yetirir, yetirəcək. Bəs Ermənistan?..
Soçi görüşündə başlıca müzakirə obyekti Azərbaycan – Ermənistan münasibətləri olub, yəni Zəfərdən sonrakı vəziyyət haqqında danışıqlar gedib. Bu danışıqlarda qeyd edilib ki, Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın...
Soçidə üçtərəfli görüşdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışında Vətən müharibəsində qazanılan Zəfərin davamı olan olduqca vacib bir məsələnin həll olunmasının zəruriliyini diqqətə çatdırdı: “Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirəsalınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, süverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”. Sülh niyyətli fikirlərdir, tolerantlığın təzahürü olan fikirlərdir. Dünya ictimaiyyəti əlbəttə ki, belə fikirlərə görə Azərbaycanı bundan sonra da sülhsevər, tolerant dövlət kimi dəyərləndirəcəkdir.
Bəyanatda Qarabağ ifadəsi işlədilməyib, yəni Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi “Dağlıq Qarabağ yoxdur” fikri siyasi müstəvidə etiraf edilir. Üçtərəfli görüşdə sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edildi, bu çağırış yaxın vaxtlarda gerçəkləşəcək. Soçidə üçtərəfli görüşdə Ermənistanın həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmadı. Yəni Ermənistan daha absurdlarla vaxt uzatmağın mümkünsüzlüyünü dərk etməkdədir. Söçi görüşündə avtomobil və dəmir yollarının açılmasını əhatələyən gərəkli layihələrin yerinə yetirilməsinə başlanması ilə bağlı qərarlar qəbul olundu ki, bu da özlüyündə Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərin həm də bəşəriliyə xidməti deməkdir...
Bu münaqişəni ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər həll etməyə çalışırdı. Ançaq çalışırdı, həll etmirdi. Son vaxtlar müəyyən cəhdlər edilsə də Söçidə keçirilən üçtərəfli görüşdə bu qrupun adı səsləndirilmədi, yəni Minsk qrupu artıq fəaliyyətini itiib, onun fəaliyyətinə ehtiyac hiss olinmur. Problemi Azərbaycan Ordusu döyüşlə həll etdi.
Bəyanatda deyilir: “...Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik...”.
Soçidə keçirilən üçtərəfli görüşü Azərbaycan diplomayiyasının uğuru hesab edə bilərik...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı