Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin təşkili” adlı layihəsi yekunlaşıb.
Sabahinfo.az xəbər verir ki, Layihə rəhbəri Xədicə Mikayılovanın verdiyi məlumata görə həssas qruplar Şamaxıda , Dəmirçi kəndində olublar.Maraqli gün keçiriblər. Ekspert onlarla söhbətlər aparıb. Foto-video çəkilib, iştirakçı siyahıları tərtib edilib.
Sentyabrın 13-də isə “Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin təşkili” adlı layihənin yekun görüş keçirib.
Tədbiri giriş sözü ilə açan Layihə rəhbəri Xədicə Mikayılova şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyi təklif edib.
Daha sonra layihənin eksperti Heydər Əliyev ili ilə bağlı məlumat verərək Ulu Öndəri bir dəqiqəlik sükutla yad etməyi təklif edib.
Layihənin eksperti həssas qruplara icra olunan layihə barədə geniş məlumat verərək, bu görüşlərin dövlətin onlara olan qayğısı kimi dəyərləndirib.Ekspert vurğulayıb ki, layihə çərçivəsində könüllü hüquqşunas var, əgər hansısa problemləri mövcuddusa müraciət edə bilərlər. Həmçinin qeyd olunub ki, həssas qruplaraın psixoloji durumunun yaxşılaşdırılması üçün keçirilən tədbirlər, görüşlər onlara dəstəkdir.
Tədbirdə iştirak edən “ Sağlam Yaşa Gəncləri Maarifləndirmə” ictimai birliyinin sədr müavini Tələt Qəribov dövlətin həssas qruplara qayğılarından söz açıb.
Həssas qruplardan Sevda Hüseynova, Nərgiz Eyvazova, Gülnarə Sərdarova, Nigar Heydarova qeyd etdiblər ki, belə layihələrin iştirakçısı olmaqla onlarda özlərinə güvən, əhvallarında müsbət dəyişikliklər yaranıb.
Tədbirdə foto-video çəkilib, iştirakçı siyahısı tərtib edilib.
Sonda söhbətlər çay, şiriniyyat stolu arxasında davam etdirilib.
Beləliklə “Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin təşkili” adlı layihəsi yekunlaşıb.