Azərbaycan Qarabağ torpaqlarını işğaldan azad etməklə bölgədə yeni qapılar açdı.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatı liderlərinin 14-cü sammitində deyib.
Prezident bildirib: "Bizim üçün əsas prioritet Qarabağda təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün də əlimizdən gələni edəcəyik".