Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin sərgisində təmsil olunacaq

Azərbaycan Universiteti 30 iyul – 1 avqust 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə mərkəzin elektron imtahanlar korpusunda keçiriləcək ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Azərbaycan Universitetinin stendi 4-cü mərtəbədə olacaq. Stendə yaxınlaşan ziyarətçilər Azərbaycan Universitetinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbul aparılan ixtisaslar, keçid balları, maddi-texniki baza, tələbələr üçün yaradılan imkanlar, beynəlxalq əlaqələr və bu kimi digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapa biləcəklər. Sərgidə, həmçinin Azərbaycan Universiteti haqqında təqdimat da nümayiş olunacaq. Təqdimatlar korpusun 3-cü mərtəbəsində bunun üçün ayrlmış xüsusi otaqda hər gün saat 11.00-da başlayacaq və 50 dəqiqə davam edəcək.

Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.

Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.

https://portal.dim.gov.az/sergi/

Qeyd edək ki, Sərgi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək. Sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin iştirakı gözlənilir.